• DÜNYA

    17:51 19 mart 2019

İran Fars körfəzində xarici bayraq altında üzən gəmini həbs edib

İran İslam İnqilabı Keşikçilər Korpusu Fars körfəzində xarici bayraq altında üzən gəmini həbs edib.

ONA-nın Tehran bürosunun məlumatına görə, müxtəlif ölkələrdən olan 13 ekipaj üzvü saxlanılıb. Məlumata əsasən gəmi Buşəhr yaxınlığında qaçaqmalçılıq yolu ilə yanacaq yükləyərkən saxlanılıb.

Gəmidən 150 min litr qanunsuz yanacaq müsadirə olunub.

Gəminin və ekipajın hansı ölkəyə aid olduğu açıqlanmayıb.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR