• DÜNYA

    10:15 18 mart 2019

İran-İraq sərhədində atışma baş verib, bir nəfər ölüb

İranın Kürdüstan əyalətində silahlı şəxslərlə sərhədçilər arasında atışma baş verib, 1 sərhədçi həyatını itirib.

ONA-nın Tehran bürosunun məlumatına görə, hadisə ötən gün Kürdüstan əyalətinin İraqla həmsərhəd olan Banə şəhərində baş verib. Axşam saatlarında silahlı şəxslər sərhədi qanunsuz keçmək istəyərkən patrul xidmətinin xəbərdarlıq etməsinə baxmayaraq atışma baş verib. Nəticədə patrul nəfəri Əbuzər Həmzə Kürdxerədi həyatını itirib.

Hadisənin detalları araşdırılır.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR