İran Körfəzdə yanacaq qaçaqmalçılığına şübhəli bilinən xarici ölkələrə məxsus iki gəmini saxlayıb.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) Hərbi dəniz qüvvələrinin ikinci bölgə üzrə bölməsinin sözçüsü Qulamhüseyn Hüseyni deyib.
O bildirib ki, Körfəzin şimalında 200 min litr yanacaq daşıyan gəmi və gəminin 8 heyət üzvü saxlanılıb.
Gəminin hansı ölkəyə məxsus olduğu haqda məlumat verilməyib.
Daha bir gəmi isə 150 min litr yanacaqla saxlanılıb. Bu gəmi yanacağı qonşu ölkələrdən biri üçün daşıyırmış.