• DÜNYA

    15:01 23 may 2019

İran Milli Ali Təhlükəsizlik Şurasının sözçüsü: "ABŞ-la heç bir danışıq olmayacaq"

"İran ilə ABŞ arasında heç bir danışıq olmayacaq".

ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Milli Ali Təhlükəsizlik Şurasının sözçüsü Keyvan Xosrəvi deyib.

O bildirib ki, müxtəlif ölkə rəsmilərinin İrana səfərlərinin sayı çoxalıb: “Onların çoxu Amerika Birləşmiş Ştatlarından gəlir. Bu səfərlərin bəzisi mətbuata verilir, bir çoxu isə gizlin qalır. İran İslam Respublikasının əsas siyasəti onların diqqətinə çatdırılıb. Açıq-aşkar demişik ki, ölkəmizin hüquqlarını təmin etmədikcə, sözdən əmələ doğru addım atmadıqca, İran ilə ABŞ arasında heç bir danışıq olmayacaq”.

Süleyman

Teqlər:

SON XƏBƏRLƏR