İran parlamentində ABŞ-la bağlı 15 layihə müzakirə olunur
  • DÜNYA

  • 13:36 03 İyun 2019

İran parlamentində ABŞ-la bağlı 15 layihə müzakirə olunur

İran parlamentində ABŞ-la bağlı 15 layihə müzakirə olunur.

ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İran parlamentinin Xarici Siyasət və Milli Təhlükəsizlik Komissiyasının sədri Hişmətullah Fəlahətpişə deyib.

O bildirib ki, parlament ilk olaraq ABŞ-ın insan haqlarını pozmasına dair hesabat hazırlayıb.  “Bu hesabatda ABŞ-ın ölkə daxilində və xaricində insan haqlarını pozmasına dair məlumat dərc olunub.  Artıq Milli  Təhlükəsizlik Komissiyası hesabatı təsdiqləyib və oxunması üçün parlamentin rəyasət heyətinə təqdim edib.  İlk dəfədir ki, ABŞ-ın insan haqlarını pozmasına dair belə bir hesabat hazırlanır”.

Hesabatın müqəddiməsində bildirilir ki, ABŞ dünyada insan haqlarının durumu ilə bağlı yalnız öz siyasi maraqları və istəklərinə uyğun davranır.   

Qeyd edək ki, hesabatın birinci bölməsində əsasən silah daşınmasının azadlığı, polis  zorakılığı, məhkəmələrdə ağır hökmlərin verilməsi, müsəlmanların hüquqlarının pozulması, irqçilik, qadınların hüquqlarının pozulması, immiqrant məsələsi, özəl həyata hörmətlə yanaşmamaq və insanların özəl həyatına dair hüquqlarının pozulması, söz azadlığı və mətbuat azadlığının pozulması kimi  hallar qeyd olunub və hər biri haqqında məlumat dərc olunub.

Hesabatın ikinci bölməsində ABŞ-ın terrorizmi dəstəkləməsi, ölkələrin daxili işinə (Venesuela və İran) müdaxiləsi,  insan haqlarının pozulmasına etinasız yanaşma  və s.  hallar  qeyd olunub.

Süleyman Fərzəliyev

Teqlər: İran ABŞ parlament

OXŞAR XƏBƏRLƏR