“Rəsmi Tehran vasitəçi ölkələrin əli ilə ABŞ-a çatdırıb ki, İrana qarşı baş tuta biləcək müharibədən çoxlu ölkələr ziyan görəcək”.
ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Hikmətullah Fəlahətpişə deyib.
O deyib ki, İrana qarşı baş tuta biləcək müharibədən kimsə qələbə qazanmayacaq: "İrana qarşı müharibə psixoloji müharibədir. ABŞ İranla hərbi müharibə etməyə hazır deyil”.
Əl-Füceyrədə baş verən partlayışların və ABŞ qüvvələrinin Fars körfəzində gücləndirilməsinin bu ölkənin psixoloji müharibəsinin bir parçası olduğunu deyən H.Fəlahətpişə qeyd edib ki, İran müharibə tələsinə düşməməlidir.