• DÜNYA

    19:04 26 fevral 2019

Ruhani Zərifin istefasını qəbul etməyə bilər

Iran prezidenti Həsən Ruhani ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefasını qəbul etməyə bilər.

ONA BBC-yə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Aparatının rəhbəri məlumat yayıb.

Onun sözlərinə görə, Ruhani bildirib ki, Zərifin işindən razıdır və bu vəzifə üçün tək namizəd kimi onu görür.

Qeyd edək ki, dünən Suriya prezidenti Bəşər Əsəd İrana səfər edərək, prezident Həsən Ruhani ilə görüşüb. İddialara görə, Cavad Zərif səfər barədə öncədən məlumatlı olmayıb. Bu səbəbdən İranın xarici işlər naziri postundan istefa verib.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR