İranın sabiq koorperasiya, əmək və sosial naziri Əli Rəbii İran hökumətinə siyasi, ictimai və mədəniyyət üzrə sözçü təyin edilib.
ONA-nın Tehran bürosunun məlumatına görə, İran Prezidenti Həsən Ruhani bununla bağlı sərəncam imzalayıb.
Sərəncamda bildirilib ki, hökumət sözçüsünün vəzifələrindən biri də Nazirlər Kabinetinin qərarlarını açıqlamaqdır.
Qeyd edək ki, Əli Rəbiini İran parlamenti ötən il vəzifəsindən uzaqlaşdırıb. Bundan öncə dövlət sözçüsü vəzifəsində İran prezidentinin planlaşdırma və strateji nəzarət məsələləri üzrə müavini Məhəmməd Baqir Nobəxt olub.