• DÜNYA

    10:51 4 may 2019

İran prezidentinin qardaşı və xüsusi köməkçisi Hüseyn Firudin haqqında həbs qərarı çıxarılıb

İran prezidenti Həsən Ruhaninin qardaşı və prezidentin xüsusi köməkçisi Hüseyn Firudin haqqında həbs qərarı çıxarılıb.

ONA-nın Tehran bürosunun məlumatına görə, bunu dövlət işçilərinin məhkəmə idarəsinin başçısı seyid Həmidrza Hüsreyni deyib.

Onun sözlərinə görə, məhkəmə H. Firudin haqqında olan ittihamların bəzisi haqqında bəraət qərarı çıxarıb, bəzi ittihamlarla əlaqədar isə həbs qərarı qəbul edib.

H. Hüseyni deyib ki, qərardan apelyasiya şikayəti verilə bilər. Bu baxımdan həbs qərarı ilə bağlı detalları açıqlaya bilməz.

O bildirib ki, H. Firudin haqqında digər istintaq işləri də var, həmin işlər hələlik məhkəməyə göndərilməyib.

H. Firudinin hansı ittihama əsasən həbs olunduğu açıqlanmır.

Bundan əvvəl onun adı rəsmilərlə əlaqəli olan dövlət sığorta şirkəti müdirlərinin şişirdilmiş maaş cədvəli qalmaqalında çəkilmişdi.

H. Firudin həmçinin iki bank direktorunun təyinatına təsir göstərməkdə və bir sıra "geniş korrupsiya qalmaqalları" ilə bağlı ittiham olunur.

H. Firudin qanunsuz hərəkətlərə yol verdiyi barədə ittihamları həmişə rədd edib.

Süleyman

Teqlər:

SON XƏBƏRLƏR