İran nüvə proqramı ilə bağlı razılaşmanın bəzi müddəalarına dair öhdəliklərin icrasını rəsmi olaraq dayandırıb.
ONA-nın xəbərinə görə, bu barədə Press TV İranın Atom Enerjisi üzrə Agentliyinə istinadən məlumat yayıb. Bildirilir ki, İran Milli Təhlükəsizlik Şurasının təsdiqindən sonra belə qərar verilib.
Qeyd edək ki, ABŞ-ın nüvə razılaşmasından çıxmasının ildönümü ilə əlaqədar mayın 8-də İran Hərtərəfli Birgə Fəaliyyət Planının bəzi müddəalarının icrasının dayandırmaq barədə qərar verdiyini açıqlayıb.