• DÜNYA

    03:21 7 mart 2019

İranda Suriya üzrə müzakirələr aparılıb

İran xarici işlər nazirinin xüsusi siyasi məsələlər üzrə köməkçisi Hüseyn Cabiri Ənsari Rusiya, Çin və Almaniya nümayəndələri ilə Suriyadakı son duruma dair müzakirələr aparıb.

ONA-nın Tehran bürosunun məlumatına görə, H.C.Ənsari Tehranda ayrı-ayrılıqda Rusiya prezidentinin Suriya işləri üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev, Çin XİN-in müavini Çen Şyau Deng və Almaniya XİN-in regional idarə rəisi Filip Akermanla Suriyada baş verən hadisələrin son durumunu müzakirə edib.

Görüşlərdə Suriyadakı böhran, Suriyada Konstitusiya Komitəsinin formalaşmasına yardım, terrorizmlə mübarizə, Suriyanın yenidən qurulması, qaçqınların ölkəyə qayıtması və digər məsələlər haqqında fikir mübadiləsi aparılıb. Danışıqların davam etdirilməsi haqda razılıq əldə olunub.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR