• DÜNYA

    17:36 11 mart 2019

İran səfiri: "Ruhaninin Suriyaya səfəri gözlənilir"

İran prezidenti Həsən Ruhaninin Suriyaya səfəri gözlənilir.

ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Suriyadakı səfiri Cavad Türkabadi bu gün “al-Ahed News” xəbər saytına açıqlamasında deyib.

Suriya prezidenti Bəşər Əsədin Tehran səfərini uğurlu adlandıran səfir qeyd edib ki, İran və Suriya rəsmiləri davamlı olaraq bir-biri ilə əlaqədədirlər.

“Bəşər Əsədin Tehrana səfəri uğurludur və İran rəsmilərinin Suriya dövləti və xalqına olan sevgisinin göstəricisidir. İnşallah, tezliklə prezident Ruhaninin də Dəməşqə səfərinin şahidi olarıq” – deyə diplomat qeyd edib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR