• DÜNYA

    14:06 15 mart 2019

İran Suriyada avtomobil istehsalına başlayıb

İran Suriyada avtomobil istehsalına başlayıb.

ONA-nın Tehran bürosunun məlumatına görə, Suriyanın Hassia sənaye şəhərində “Saipa-H330” markalı avtomobil istehsal edilir.

“Saipa” şirkətinin Suriyadakı nümayəndəsi Fəhəd Dərviş bildirib ki, istehsal olunacaq avtomobil modern texniki imkanlara malikdir: “Yeni avtomobillərin Suriyanın Dəməşq, Hələb, Lazkiyə, Homs, Həmah və digər şəhərlərində satışına gələn həftədən başlayacaq”.

Onun sözlərinə görə, ilkin mərhələdə bu növ avtomobildən 1000 ədəd istehsal olunması nəzərdə tutulub.

Süleyman Fərzəliyev

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR