Rəsmi Tehran Böyük Britaniyadakı səfirini geri çağırıb. Buna səbəb həmin ölkənin İranı Oman körfəzində neft tankerlərinə hücumda günahlandırması olub.
ONA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilir ki, belə bir qərarı rəsmi Tehran Britaniya XİN-in rəhbəri Ceremi Hantın ABŞ-ın mövqeyinə dəstək nümayiş etdirərək hücumlarda İran tərəfini günahlandırması ilə bağlı dediyi sözlərdən sonra verib. İranda Britaniyanın belə bir mövqeyi qəbuledilməz adlandırılıb.