• DÜNYA

    12:23 19 mart 2019

İran və İraqın hərbi nümayəndə heyəti Bəşər Əsədlə görüşüb

İran və İraqın hərbi nümayəndə heyəti Suriya prezidenti Bəşər Əsədlə görüşüb.

ONA-nın Tehran bürosunun məlumatına görə, görüşdə Suriyada son durum və 3 ölkənin terrorizmlə mübarizə sahəsində koordinasiyasını gücləndirməsi məsələsi müzakirə olunub.

Görüşdə B.Əsəd 3 ölkə arasında əlaqələrin qədim tarixi köklərinin olduğunu deyərək ortaq məqsəd və mənafe uğrunda birgə əməkdaşlıq etdiklərini vurğulayıb, O bildirib ki, terrorçular böyük güclərin Suriyadakı muzdlularıdır və onlar 7 ildir ki, Suriyaya qarşı vuruşurlar.

Görüşdə İranın Silahlı Qüvvələrinin baş qərargah rəisi Məhəmməd Baqiri deyib ki, terrorçu qruplar regionun bütün ölkələri üçün təhlükədir. Onun sözlərinə görə, region ölkələri və xalqları terrorizmlə mübarizədə ciddi çalışmalıdır.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR