İran və Türkiyə sərhədə nəzarət məqsədi ilə birgə hərbi əməliyyat keçirəcək.
ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İran daxili işlər nazirinin müavini Hüseyn Zülfüqari deyib. O bildirib ki, indiyə kimi ölkə sərhədində çox işlər görülüb və hazırda həmin sərhəddə heç bir problem yoxdur. İranlı nazir müavinin sözlərinə görə, İran ən çox Pakistan və İraqla sərhəddə problem yaşayır: “İran və Pakistan sərhədində divarın tikilməsi ilə bağlı layihə hazırlanıb. Büdcədən pul ayrılarsa, həmin divar tikiləcək”.
Xatırladaq ki, martın 6-da Türkiyənin daxili işlər naziri Süleyman Soylu Türkiyə və İranın PKK terror təşkilatına qarşı birgə hərbi əməliyyat keçirəcəyini bəyan etmişdi.