İran Xarici İşlər Nazirliyinin yeni sözçüsünün adı açıqlanıb.
ONA-nın Tehran bürosunun məlumatına görə, xarici işlər naziri Məhəmməd Cavad Zərif yeni sözçü vəzifəsinə sabiq XİN sözçüsünün yardımçısı Seyyid Abbas Musəvini təyin edib.
Qeyd edək ki, sabiq XİN sözçüsü Bəhram Qasimi prezident Həsən Ruhaninin sərəncamı ilə İranın Fransadakı səfiri vəzifəsinə təyin olunub.
Süleyman Fərzəliyev