• DÜNYA

    10:32 7 may 2019

İran xərçəngə qarşı dərmanların istehsalına başlayıb

İranda xərçəng xəstəliyi və diabetə qarşı dərman preparatlarının istehsalına başlanıb.

ONA-nın Tehran bürosunun məlumatına görə, bu gün İran prezidentinin elm və texnologiya məsələləri üzrə müavini Surna Səttari və səhiyyə naziri Səid Nəməkinin iştirakı ilə Əlborz əyalətinin İştihar sənaye şəhərciyində dərmanların təqdimatı keçirilib.

Tədbirdə bağırsaq, mədə və qaraciyər xərçəngi xəstəliyinə qarşı “Regorafenib” və qaraciyər, böyrək və tiroid xərçəngi əleyhinə olan “Sorafenib” adlı dərmanlar, şəkər xəstəliyinin müalicəsi üçün “Empagliflozin” və “Dapagliflozin” dərmanları təqdim edilib.

Bildirilib ki, bu dərmanların İran bazarında 1 milyard dollarlıq satışı proqnozlaşdırılır.

Dərmanlara ABŞ Qida və Dərman Preparatlarının Keyfiyyətinə Sanitar Nəzarət İdarəsinin Məşvərət Şurasının (FDA) lisenziyası verilib.

Süleyman

Teqlər:

SON XƏBƏRLƏR