“ABŞ Dövlət Departamentinin İran üzrə xüsusi nümayəndəsi Brayn Huk (Brian Hook) “İranafobiya” xəstəliyindən əziyyət çəkir”.
ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib.
Brayn Hukun “ABŞ daha İrana qarşı sanksiyalarla bağlı güzəştə icazə verməyəcək” açıqlamasına münasibət bildirən B.Qasimi əlavə edib ki, ABŞ bəşəriyyətə zidd istəklərinə çata bilməyəcək. “Onun bu açıqlaması göstərir ki, Brayn Huk dünyada vəziyyəti anlamır və ABŞ-da qeyri-sabit və təhlükəli durumdan xəbərsizdir. O hər zaman İran xalqına qarşı kinli hisslərini təkrarlayıb. Bu kimi hərəkətlər və açıqlamalara, xalqımıza vurduqları ziyana görə beynəlxalq məhkəmədə cavab verməli olacaqlar”.