"İranın nüvə proqramı ilə bağlı beynəlxalq sazişi dəstəkləyənlər bu razılaşmanı qorumaq üçün hərəkətə keçməlidirlər".
ONA-nın IRNA-ya istinadən verdiyi xəbərə görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
“Nüvə razılaşmasını qorumaq üçün yalnız dəstəkləyici bəyanatlar vermək deyil, praktiki addımlar da atmaq lazımdır”, - deyə iranlı nazir bildirib.