"Oman körfəzində bir neçə gəmiyə edilən hücum narahatedici və təssüf doğurucudur". ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi deyib.
Bu hadisənin gəmiçilik və gəmilərin təhlükəsiz gediş-gəlişinə mənfi təsir göstərəcəyindən danışan A.Musəvi bölgədə sabitlik və təhlükəsizliyi pozmaq istəyənlərin çirkli planın olması ilə bağlı xəbərdarlıq edib.
O, region ölkələrini əcnəbilərin macəra oyunları ilə bağlı ayıq olmağa çağırıb.
Qeyd edək ki, BƏƏ ötən gün beynəlxalq sularda 4 ticarət gəmisinə hücum olunduğunu və yanğın baş verdiyini bəyan edib.