• DÜNYA

    15:49 20 may 2019

İran XİN Trampa: Heç vaxt iranlını hədələmə

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampa cavab verib.

ONA-nın Tehran bürosunun məlumatına görə, M.C.Zərif “twitter” səhifəsində ABŞ prezidentini heç vaxt bir iranlını hədələməyə çağırıb: “Necə ki, Makedoniyalı İsgəndər, Çingiz Xan və digər təcavüzkarlar İranı məhv edə bilmədi, sən də heç nə edə bilməyəcəksən. Heç vaxt iranlını hədələmə”,- deyə o yazıb.

Qeyd edək ki, ötən gün ABŞ prezidenti bənzər bəyanat verib. “Əgər İran savaşmaq istəyirsə, bu onun rəsmən sonu olacaq. Bir daha ABŞ-ı təhdid etmə!”- deyə ABŞ prezidenti yazıb.

Süleyman

Teqlər:

SON XƏBƏRLƏR