“İran Yeni Zelandiyanın Kraystçerç şəhərindəki məscidlərə hücumu kəskin pisləyir və bu terror hərəkətini qeyri-insani və qəddar addım hesab edir”.
ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib. O Yeni Zelandiya hökumətindən hücumu törədənlərin tez bir zamanda tapılaraq cəzalandırılmasını tələb edib.
Bu hadisəni hərəkətini irqçi hərəkət adlandıran B.Qasimi deyib ki, terror hücumu harada, kimin vasitəsilə və hansı səbəbdən törədilməsinə baxmayaraq bütün ölkələr tərəfindən pislənilməlidir. “Hökumətlər icazə verməməlidir ki, irqçi və islamofob düşüncəli cərəyanlar ölkələrdə vətəndaşların sabitlik və təhlükəsizliyini pozsun”,