• DÜNYA

    01:36 22 mart 2019

İrana mal göndərən Avstraliya vətəndaşına ABŞ-da 2 illik hökm oxunub

Avstraliya vətəndaşı Devid Rassel Levik sanksiyaların tətbiq edildiyi İrana elektron avadanlıqlar çatdırdığına görə, 2 illik həbs cəzasına məhkum edilib.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Ədliyyə Nazirliyinin açıqlamasında deyilir.

Hökm paytaxtın Kolumbiya dairəsinin hakim tərəfindən oxunub. Fevralda isə artıq Levik özünü təqsirli hesab edib. O, həmçinin təxminən 200 min dollar məbləğində cərimə də ödəməlidir.

Araşdırmalara görə, Levik 2007-2008-ci illərdə Avstraliyadakı şirkəti tərəfindən ABŞ-a müxtəlif elektron avadanlıqlar və aviasiya texnikaları sifariş verib. Daha sonra isə onları Malayziyaya, oradan da İrana göndərib.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR