• DÜNYA

    18:24 14 noyabr 2021

İranda 6,4 və 6,3 maqnitudalı iki ardıcıl zəlzələ olub, 2 nəfər ölüb

Bu gün yerli vaxtla saat 15.36 radələrində İranın Hürmüzgan əyalətinin Keşm qəsəbəsində 6,4 maqnitudalı zəlzələ olub.
ONA-nın xəbərinə görə, bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin ocağı 18 km dərinlikdə yerləşib.
Yerli vaxtla saat 15.37 radələrində isə Keşm qəsəbəsinin Laft bölgəsində 6,3 maqnitudalı zəlzələ olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
İlkin məlumata görə, zəlzələ nəticəsində 2 nəfər ölüb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR