İranın Bəm – İranşəhr magistral yolunda 5 nəfərin ölümü və 10 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Kirman şəhər Təcili Tibbi Yardım Mərkəzinin rəhbəri Məhəmməd Sabiri deyib.
Onun sözlərinə görə, hadisə bu gün səhər saatlarında Amiriyyə kəndi yaxınlığında baş verib.
Yaralılar Bəm şəhər xəstəxanasına çatdırılıb, onların durumu orta-ağırdır.