• DÜNYA

    13:09 26 mart 2019

İranda daşqınlar nəticəsində 19 nəfər ölüb

İranın cənubundakı Şiraz şəhərində baş verən daşqın nəticəsində 19 nəfər ölüb, 119 nəfər xəsarət alıb.

ONA-ın məlumatına görə, bu barədə “Tasnim” agentliyi İran Fövqəladə Hallar İdarəsinin rəhbəri Pirhüseyn Kulivanda istinadən məlumat yayıb.

Prezident Həsən Ruhani yerli hakimiyyət orqanlarını daşqından əziyyət çəkən insanlara lazımi yardımı göstərməyə çağırıb. O deyib ki, Gülüstan vilayətində daşqınlar davam edir. Hökumət infrastruktura, kənd təsərrüfatına və şəxsi əmlaka dəyən ziyanı qiymətləndirəcək.

Qeyd edək ki, ötən bazar günü yağan leysan yağışlar 25 əyalətdə daşqınlara səbəb olub.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR