• DÜNYA

    12:02 14 aprel 2019

İranda daşqınlar nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb

İranda leysan yağışların yol açdığı sel və daşqınlar nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb.

ONA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Məhkəmə Tibbi Ekspertizasının rəhbəri Ahmed Şucai bildirib.

Sel və daşqınlar Fars əyalətində 23, Loristanda 14, Gülüstanda 8, Mazandaran, Həmədan və Huzistanda 5, Şimali Xorasan və Kohgiluye-Buyer Əhməddə 3, İlamda 2, Xorasan Rezevi, Simnan, Kirmanşah, Qum, İsfahan, Qəzvin və Zəncan əyalətlərində 1 nəfər olmaqla, 76 nəfərin ölümünə səbəb olub.

Qeyd edək ki, martın 17-dən başlayan leysan yağışlar İranın 31 əyalətindən 25-də böyük dağıntı və tələfata yol açıb.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR