İranda əhali benzini yalnız "Yanacaq Kartı" ilə ala biləcək. ONA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Neft Məhsulları Paylama Şirkəti (NIOPDC) yazılı açıqlama yayıb.
Açıqlamada 11 avqustdan etibarən nəqliyyat vasitəsi sahiblərinin benzini yalnız smart "Yanacaq Kartı" ilə ala biləcəkləri bildirilir.
Kart almaq üçün qeydiyyatdan keçənlərə poçt vasitəsilə “yanacaq kartı”nın çatdırılacağı deyilir. Kartı olmayan, qeydiyyatdan keçməyən və ya itirən şəxslərin Yol Polisi İdarələrinə müraciət etməsi tövsiyə olunur.