İranın Qərbi Azərbaycan vilayətində qəzaya uğrayan sərhəd patrul helikopteri olub.
ONA-nın İranın Mehr agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə vilayətin sərhəd xidmətinin rəisi Fərdin Piri açıqlama verib.
Bildirilir ki, hadisə İran-İraq sərhədinin yaxınlığında, Urmiyada baş verib. Nəticədə 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb. Onlardan 3-nün vəziyyəti ağırdır. Qəzanın texniki nasazlıq səbəbi ilə baş verdiyi bildirilir.
* * *
İranda helikopter qəzaya uğrayıb.
ONA-nın Tehran bürosunun məlumatına görə, hadisə bu gün yerli vaxtla saat 11:00 radələrində İranın Qərbi Azərbaycan vilayətinin Silvana bölgəsində Dalampir dağlarında baş verib.
Qəzaya uğrayan helikopter İran Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarına məxsusdur. 214 tipli helikopter sərhəd qoşunlarının əsgərlərini daşıyırmış. İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım xidmətinin helikopterləri ezam olunub.
Hadisənin təfərrüatları hələlik açıqlanmayıb.
Süleyman Fərzəliyev