İranın cənubunda Xuzistan vilayətində yerləşən Ümidiyyə-Əhvaz neft boru kəmərində yanğın baş verib.
ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xuzistan vilayətinin Fövqəladə Hallar üzrə İdarəsinin baş direktoru Kiyamərs Hacızadə deyib.
Onun sözlərinə görə, hadisə bu gün günorta saatlarında baş verib: “Boru kəmərində təmir işləri aparılarkən buldozerin boruya toxunması nəticəsində yanğın baş verib. Hadisə zamanı ölən və yaralanan olmayıb. Hazırda vəziyyət nəzarətdədir. Boru bağlanıb və hazırda içərisində qalan neft yanır”.
Qeyd edək ki, martda Əhvaz magistral yolunda neft kəmərində partlayış baş vermişdi. Hadisə nəticəsində 4 nəfər ölmüşdü.