İranda neft kəmərində partlayış baş verib, nəticədə 4 nəfər ölüb, 6 nəfər yaralanıb.
ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Təcili Tibbi Xidmət Təşkilatının sözçüsü Müctəba Xalidi deyib.
Onun sözlərinə görə, partlayış Əhvaz-Ramhörmüz neft boru kəmərində baş verib: “Yanğın artıq söndürülüb. Hadisə nəticəsində neft kəmərinin yaxınlığından keçən bir neçə avtomobil və bir avtobus zərər görüb. Sərnişinlərdən 4 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb”.
Süleyman Fərzəliyev