İranın Hörmüzqan əyalətinin Şəhid Rəcayi limanında yüklə dolu 100-dən çox konteyneri olan ticarət gəmisi batıb.
ONA-nın Tehran bürosunun məlumatına görə, gəmi limana yan almaq istəyərkən batıb.
İranın Limanlar və Dənizçilik Təşkilatının sədr müavini Hadi Haqşünas bildirib ki, gəminin 14 nəfərlik ekipaj heyəti xilas olunub, 1 nəfər yaralanıb. Ekipaj heyətinin üzvləri Hindistan vətəndaşlarıdır.
Təşkilat rəsmisi əlavə edib ki, gəmidə kalium xlorid, kalsium-karbonat, mis konsentratı, sənaye yağı, püstə olub.
Süleyman Fərzəliyev