• DÜNYA

    12:41 30 aprel 2019

İranda tuneldə partlayış baş verib, 3 fəhlə ölüb

İranda Tehran-Şimal magistral yolundakı Əlborz tunelində partlayış baş verib.

ONA-nın Tehran bürosunun məlumatına görə, hadisə bu gün səhər yerli vaxtla 09:00 radələrində qeydə alınıb.

Partlayışdan sonra yanğın baş verib və tunel çöküb. Təmir və bərpa işləri aparan 8 fəhlənin xilas edilməsi üçün hadisə yerinə yanğınsöndürən və xilasedicilər cəlb olunub. Hadisə nəticəsində 3 nəfər ölüb, 5 nəfər yanıq xəsarəti alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Süleyman

Teqlər:

SON XƏBƏRLƏR