İranın paytaxtı Tehranda və ölkənin 950-dən çox şəhər və qəsəbəsində cümə namazı qılınan məkanlara doğru yürüşlər başlayıb.
ONA-nın Tehran bürosunun məlumatına görə, ənənəvi Ümumdünya Qüds Günü mitinqi bu il "Ümumdünya Qüds Günü , "Yüz ilin anlaşması” planının uğursuzluğu”, “Fələstin probleminin həlli" və "Qüdsə doğru" şüarları altında keçirilir.
Ümumdünya Qüds Günü mitinqini İranda 4000 jurnalist, fotoqraf və operator işıqlandırır. Onlarda 250-si əcnəbi jurnalistlərdir. Yürüşdə İran prezidenti Həsən Ruhani, XİN başçısı Məhəmməd Cavad Zərif və bir çox siyasi və ictimai şəxslər iştirak edir.