İranın cənubunda, Xuzistan vilayətindən paytaxt Tehrana benzinin nəql olunduğu borunun Şuş rayonundan keçən hissəsində yanğın baş verib.
ONA-ın Tehran bürosunun məlumatına görə, bu barıdı Xuzistan vilayətinin Şuş rayon qubernatoru Adnan Qəzi deyib.
Hadisənin boru kəmərində çürümə və deşilmə səbəbindən baş verdiyini açıqlayan A. Qəzi deyib ki, yanğınsöndürmə briqadaları bölgəyə ezam olunub.
O, boru kəmərində partlayışın baş verməsilə bağlı yayılan məlumatı təkzib edib.