İranın Sistan-Bəluçistan əyalətində avtomobil qəzasında 13 nəfər ölüb.
ONA-nın Tehran bürosunun məlumatına götə, bunu İran Səhiyyə Nazirliyinin təcili tibbi yardım mərkəzinin Zahidan şəhər üzrə şöbə rəisi Fəriborz Raşidi deyib.
F.Raşidi deyib ki, hadisə bu gün yerli vaxtla saat 2:45-də Sarvan-İsfəndək maqistral yolunda baş verib. Qaçaq yanacaq daşıyan yük maşını ilə ölkəyə qanunsuz daxil olmuş əcnəbi vətəndaşların olduğu avtomobil toqquşub.
Hadisə nəticəsində 13 nəfər ölüb, 8 nəfər yaralanıb.
Yaralılar Sarvan şəhər Xəstəxanasına çatdırılıb.