• DÜNYA

    11:02 9 mart 2019

İranda zəlzələ olub

İranda zəlzələ baş verib.

ONA-nın Tehran bürosunun məlumatına görə, 3.4 bal gücündə zəlzələ yerli vaxtla saat 07:14-də baş verib.

Yeraltı təkanların episentri Kazerun şəhərinin Qaimiyyə bölgəsində 7 kilometr dərinlikdə olub. Kazerun şəhəri Şiraz şəhərinin 120 kilometrliyində yerləşir.

Zəlzələ nəticəsində dağıntılar və itkilər barədə məlumat verilməyib.

Süleyman Fərzəliyev

Aytən

Teqlər:

SON XƏBƏRLƏR