• DÜNYA

    13:08 11 mart 2019

İranda siyasi fəal Nəsrin Setudə 7 il müddətinə azadlıqdan məhrum edilib

İranlı hüquqşünas, siyasi fəal Nəsrin Setudə 7 il müddətinə azadlıqdan məhrum edilib.

ONA-nın Tehran bürosunun məlumatına görə, bunu bu gün İran Məhkəmə Hakimiyyəti Sisteminin yeni rəhbərinin təqdimat mərasimində hakim Məhəmməd Moqise jurnalistlərə deyib.

Onun sözlərinə görə, Nəsrin Setudə "ölkənin təhlükəsizliyinə təhdid təşkil etmək" ittihamı ilə 5 il, ali dini lideri təhqir etmə ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

M.Moqise qeyd edib ki, məhkumun vəkili hökmdən apellyasiya şikayəti verib.

Süleyman Fərzəliyev

Aytən

Teqlər:

SON XƏBƏRLƏR