İranın Ali dini lideri Ayətullah Xamenei Ramazan bayramı münasibəti ilə bir qrup dustağın cəzasının əfvinə və yaxud yüngülləşdirilməsinə razılıq verib.
ONA-nın Tehran bürosunun məlumatına görə, əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.
İranın Məhkəmə Sisteminin rəhbəri Seyid İbrahim Rəisi Fitr bayramı münasibətilə Ayətullah Xameneiyə məktubla müraciət edib. Məktubda 691 məhbusun əfv olunması, cəzasının yüngülləşdirilməsi, yaxud dəyişdirilməsi xahiş olunub. Ali dini lider həmin təklifi müsbət cavablandırıb və fərman imzalayıb.