• DÜNYA

    11:34 13 aprel 2019

İranın kəşfiyyat naziri: ABŞ-ın uğursuz sanksiyaları onun müttəfiqlərini Tehranla danışıqlara sövq edib

"ABŞ administrasiyasının İrana qarşı sanksiya siyasətinin uğursuzluğu rəsmi Vaşinqtonun müttəfiqlərini Tehranla danışıqlara başlamağa məcbur edib".

ONA “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İranın kəşfiyyat naziri Mahmud Ələvi bildirib.

O, ABŞ-ın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorçu təşkilat elan etməsini “ağılsız addım" adlandıraraq vurğulayıb ki, ABŞ-ın SEPAH-a qarşı tədbirləri İran Silahlı Qüvvələrinin birliyini daha da möhkəmləndirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp SEPAH-ı xarici terror təşkilatı kimi tanıyıb. Buna cavab olaraq İranın Milli Təhlükəsizlik üzrə Ali Şurası ABŞ-ı terrorçuluğun sponsoru, ABŞ Silahlı Qüvvələrini isə terrorçu elan edib.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR