İranın Kürdüstan əyalətinin Qürvə şəhərində zəhərlənənlərin sayı 200 nəfərə çatıb.
ONA-nın Tehran bürosunun məlumatına görə, bunu Qürvə şəhər səhiyyə xidmətinin rəhbəri Huşəng Pir Fəllah deyib.
Pir Fəllah bildirib ki, zəhərlənən insanlarda ishal və ürəkbulanma halları müşahidə edilib: “Zəhərlənən insanların 10 faizi xəstəxanalarda müalicə olunur, qalanı isə ambulator müayinələrdən sonra evə buraxılıb”.
Çirkli suyun zəhərlənməyə səbəb olmadığını deyən Pir Fəllah qeyd edib ki, son 2 gündə sudan götürülmüş nümunələrin analizi göstərir ki, zəhərlənməyə səbəb su deyil: “Araşdırmamız nəticəsində məlum olub ki, zəhərlənmənin səbəbi qeyri-sağlam göyərti və şirniyyatdan istifadədir”.
Hazırda İran Səhiyyə Nazirliyinin xüsusi ekspertiza qrupu bölgəyə ezam olunub və araşdırma aparır.
Süleyman Fərzəliyev