İranın neft naziri Bijən Namdar Zəngənə OPEC-in dağılması ilə bağlı xəbərdarlıq edib.
ONA-nın Tehran bürosunun məlumatına görə, nazir bu barədə fikirlərini OPEC-in baş katibi Mohammad Sanusi Barkindo ilə görüşdə ona çatdırdığını deyib.
Zəngənə deyib ki, bəzi ölkələrin təkqütblü davranışının bu təşkilatın dağılması ehtimalını daha da gücləndirdiyini baş katibə çatdırıb: “Görüşdə neft bazarındakı son durum, bazardakı problemlər və digər məsələlər haqqında müzakirə apardıq”.
Nazir qeyd edib ki, İran öz mənafeyinə uyğun olaraq OPEC-in üzvüdür: “Əgər OPEC üzvlərindən hər hansı biri İranı hədələyərsə və İran üçün çətinlik yaradarsa, ölkəmiz bunu cavabsız qoymayacaq”.