İranın Şərqi Azərbaycan əyalətində ilk dəfə qadın bələdiyyə sədri seçilib.
ONA-nın Tehran bürosunun məlumatına görə, Şərqi Azərbaycan əyalətinin Bostanabad şəhər şura üzvləri Şiftə Bədrazərini bələdiyyə sədri seçiblər.
43 yaşlı Ş.Bədrazər daha əvvəl Təbrizdə bələdiyyə sədrinin müavini vəzifəsində çalışıb.