İranın “Mahan Air” hava yolları şirkəti Venesuelaya birbaşa uçuşlara başlayıb.
ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Aviasiya Təşkilatının sözçüsü Rza Cəfərzadə deyib.
Onun sözlərinə görə, Tehran – Karakas istiqamətində ilk uçuş bu gün səhər baş tutub. İlk uçuşla İranın xarici işlər nazirinin müavini və onu müşayiət edən nümayəndə heyəti Venesuelaya gedib. Nazir müavini Venesuela rəhbərliyi ilə uçuşların davamlı olmasına dair müzakirələr aparacaq.