• DÜNYA

    11:13 2 aprel 2019

İran XİN ABŞ-ın Tehrana qarşı sanksiyalarını “iqtisadi terror” adlandırıb

İranın xarici işlər naziri Məhəmməd Cavad Zarif ABŞ-ın rəsmi Tehrana qarşı sanksiyalarını “iqtisadi terror” adlandırıb.

ONA xəbər verir ki, bu barədə nazir "twitter" səhifəsində yazıb.

“ABŞ prezidenti Donald Trampın “maksimal təzyiqi”, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə və Beynəlxalq Ədalət Məhkəmənin qərarlarına əməl olunmaması İranda selin törətdiyi fəsadlardan əziyyət çəkən əhaliyə yardım səylərinə mane olur”, - deyə M.C. Zərif bildirib.

Onun sözlərinə görə, bu səbəbdən İran xilasedici helikopterlər ala bilmir: “Bu sadəcə iqtisadi müharibə deyil, həm də iqtisadi terrordur”.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR