“Əgər ABŞ-ın təyyarə daşıyan hərbi gəmisi İrana qarşı hansısa bir addım atarsa, bircə raketlə məhv ediləcək”.
ONA-nın Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, bunu İsfahan şəhərinin cümə namazının rəhbəri axund Yusif Təbatəbai Nejad namaz xütbələrindəki çıxışında ABŞ-ın təyyarə daşıyan “USS Abraham Lincoln” gəmisinin bölgəyə göndərilməsinə münasibət bildirərkən deyib.
O, əlavə edib ki, ABŞ belə bir addım atarsa, ölkə rəsmilərinin qəbul etdiyi qərar özünü gözlətməyəcək: “Belə bir durumda, hər şey əziz rəhbərimizin əlində olacaq və qərarı da o verəcək. Biz hamımız rəhbərimizin arxasında dayanmışıq və düşmənlər də heç bir qələt edə bilməyəcəklər”.