SEPAH komandiri general Məhəmməd Saleh Cokar Fars körfəzinə yan alan Amerika gəmiləri barədə sərt bəyanatla çıxış edib.
ONA “Reuters”-ə istinadən xəbər verir ki, iranlı general deyib ki, İranın yaxınmənzilli raketləri ABŞ Hərbi Dəniz Qüvvələrinin Fars körfəzindəki gəmilərini məhv edə bilər.
O, həmçinin ABŞ-ın müharibəyə yönəlik addım atmayacağına əmin olduğunu deyib.
Qeyd edək ki, ABŞ xüsusi xidmət orqanlarının əldə etdiyi məlumatlarda da İrana məxsus raketlərin tam döyüş hazırlığına gətirilməsi bildirilib. Bu barədə ABŞ-ın yerli mətbuatında bir sıra xəbərlər dərc edilib.