• DÜNYA

    16:31 22 aprel 2019

İranlı nazir: "ABŞ-ın sanksiyalarına müqavimət göstərmək üçün 40 illik təcrübəmizdən istifadə edəcəyik"

"ABŞ-ın sanksiyalarına müqavimət göstərmək üçün 40 illik təcrübəmizdən istifadə edəcəyik".

ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın iqtisadiyyat və maliyyə naziri Fərhad Dejpəsənd ABŞ-ın İrana qarşı sanksiyaları ilə bağlı suala cavabında deyib.

"Biz bu təzyiqlərin qarşısında müqavimət yolunu seçib plan qururuq və icra edirik. Əlbəttə, bunun da özünə məxsus problemləri olacaq, lakin biz 40 illik təcrübəmizdən istifadə edib müqavimət göstərəcəyik. Ölkəmizdə özünəməxsus şərait mövcuddur və bu narahatlıqlarla bağlı proqnozları pozur. Biz ümidsiz olmamalıyıq. Biz alternativ çıxış yolları ilə sanksiya tətbiq olunmuş sahənin problemlərini aradan qaldıra bilərik",- deyə nazir bildirib.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR