İraqda PKK silahlıları ilə toqquşmada iki iraqlı hərbçi həlak olub.
ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İraqın təhlükəsizlik orqanlarının yaydığı məlumatda deyilir.
Məlumatda deyilir ki, toqquşma İraq hərbçilərinin Naynava əyalətinin nəzarət-buraxılış məntəqəsində keçid üçün icazə istəmələrindən sonra baş verib.
Sincar şəhər administrasiyasının rəhbəri Mahma Xəlil isə öz növbəsində kürd telekanalına silahlı qarşıdurmanın PKK-çıların İraq kürdləri ilə Suriya arasındakı sərhəd ərazini keçmək istəmələri zamanı baş verdiyini açıqlayıb. Onun sözlərinə görə, insident nəticəsində iki PKK-çı ölüb, daha üç nəfəri yaralanıb.